Kərəcdə körpüyə hücum nəticəsində ölənlərin sayı artıb

2026/04/1775132277.jpg
Oxunub: 402     22:27     03 Aprel 2026    
ABŞ ilə İsrailin İranın Kərəc rayonundakı B1 körpüsünə hava zərbələri nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

"Bu vilayətdə B1 körpüsünə hücum nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb", - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Kərəc B1 körpüsünə hava zərbələri nəticəsində 95 nəfər yaralanıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kərəc   Körpü  


Bizi "telegram"da izləyin