Ordu.az xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti “Pars Today”ə istinadən məlumat yayıb.
Bundan əvvəl “The New York Times” qəzeti cümə günü Fars körfəzində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ikinci döyüş təyyarəsinin qəzaya uğradığını bildirmişdi.
***
Cümə günü Fars körfəzi regionunda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ikinci döyüş təyyarəsi qəzaya uğrayıb.
Ordu.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Qəzet iki ABŞ rəsmisinə istinadən qeyd edib ki, tək pilot sağ-salamat xilas edilib.
Məlumata əsasən, rəsmilər A-10” Warthog” hücum təyyarəsinin Hörmüz boğazı yaxınlığında, Hərbi Hava Qüvvələrinə məxsus F-15E təyyarəsinin İran üzərində vurulduğu vaxtla təxminən eyni saatda yerə düşdüyünü bildiriblər.
Sevinc Əliyeva
Ordu.az