Livan üzrə təhlükəsizlik vəziyyəti qeyri-sabit və proqnozlaşdırılması çətindir. ABŞ-nin Livandakı səfirliyi bildirib ki, ölkə üzrə hava zərbələri, pilotsuz uçuş aparatı və raket hücumları davam edir.
Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“İran və onunla əlaqəli qruplaşmalar Livandakı universitetləri hədəfə ala bilər. Dövlət Departamenti ABŞ vətəndaşlarını kommersiya uçuşları mövcud olduğu müddətdə Livanı tərk etməyə çağırır”, - deyə səfirlik qeyd edib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Livan