“CBS News”: İranın hava məkanında vurulan F-15E qırıcısı ehtimal ki, yerüstü hədəflərə zərbələr üçün istifadə olunub

2026/03/1772734481.jpg
Oxunub: 580     21:51     03 Aprel 2026    
“İranın hava məkanında vurulan F-15E qırıcıları bombardman məqsədilə istifadə olunur”.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News”a danışan milli təhlükəsizlik üzrə analitik Aaron Maklin bildirib.

Onun sözlərinə görə, vurulan F-15E qırıcısı ehtimal ki, yerüstü hədəflərə zərbələr endirmək üçün istifadə edilib. Ekipaj iki nəfərdən ibarətdir və hər ikisi tapança ilə silahlanıb.

Pilotlar xüsusi prosedurlardan keçiblər və onlara ciddi şəkildə təlimatlara əməl etmək tapşırılıb. Maklin bildirib ki, onlara tutulduqları halda “ölkələrinə şərəf gətirəcək şəkildə davranmaq” öyrədilib.

Bu, ötən ay Küveytin hava məkanında “dost atəşi” nəticəsində vurulan eyni tipli təyyarədir. Həmin hadisə zamanı ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, üç ABŞ F-15 təyyarəsi “səhvən Küveytin hava hücumundan müdafiə sistemi tərəfindən vurulub”. Ekipajın altı üzvünün hamısı təhlükəsiz şəkildə katapult edərək xilas olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   F-15E  


Bizi "telegram"da izləyin