Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İsveç hakimiyyəti tankerin Qotland adası yaxınlığında baş verən neft sızmasında iştirak etdiyindən şübhələnir.
Neftlə yüklənmiş tankerin göyərtəsində 24 nəfərlik heyət var. Gəmi Finlandiya körfəzindən naməlum istiqamətə doğru hərəkət edirdi.
Saxlanıldığı anda gəmi İsveçin ərazi sularından kənarda olsa da, ölkənin müstəsna iqtisadi zonasında olub. Sahil mühafizəsi bildirib ki, beynəlxalq hüquq dövlətə ekoloji cinayətdə şübhəli bilinən gəmini öz ərazi sularında lövbər salmağa məcbur etmək hüququ verir.
Sevinc Əliyeva
Ordu.az