İranın Atom Enerjisi Təşkilatının bəyanatında bildirilir ki, ABŞ və İsrailin İranın dinc nüvə obyektlərinə hücumları ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin susqunluğu təkcə hərəkətsizlik deyil, həm də cinayətlərə birbaşa şəriklikdir.
Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd olunub ki, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoruna etiraz məktubları göndərib.
“Bu tarixi səhlənkarlıq Agentliyin qalan nüfuzunu da sarsıdır”, - deyə qurum bildirib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
Qrossi