Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Müdafiə naziri Radu Mirutsa jurnalistlərə açıqlamasında bildirib ki, çatdırılmalardakı gecikmələr səbəbindən İsrailin “Elbit Systems” şirkətindən pilotsuz uçuş aparatı alınmasına dair 427,2 milyon dollar dəyərində müqavilənin ləğvi məsələsi qiymətləndirilir.
Nazir qeyd edib ki, sözügedən müqavilə 2022-ci ildə imzalanıb və çatdırılmaların 2025-ci ildə başlaması planlaşdırılırdı, lakin şirkət fors-major səbəbi ilə üç dəfə təxirə salınma tələb edib.
60 milyon avroluq gecikmə cəriməsi
Mirutsa bildirib ki, Rumıniya Müdafiə Nazirliyi ilk iki təxirə salınmanı qəbul edib, lakin bu müddət ərzində “Elbit Systems” şirkəti ümumilikdə təxminən 60 milyon avro məbləğində gecikmə cəriməsi yığıb.
Radu Mirutsa deyib: “Bu müqaviləni ləğv etmək istəyib-istəmədiyimizi qiymətləndirirəm. Bəzi avadanlıqların texniki xüsusiyyətləri var ki, onlar bir neçə il sonra təhvil alındıqda artıq aktual olmayacaq”.
Sevinc Əliyeva
Ordu.az