İran vurulan döyüş təyyarəsinin amerikalı pilotunun tutulmasına görə 100 min dollar mükafat vəd edib

2026/03/1774461606.jpg
Oxunub: 608     20:04     03 Aprel 2026    
İranın Şəhrəkord şəhərində fəaliyyət göstərən zərgərlər birliyi amerikalı pilotun tutulmasına görə 100 min dollar mükafat vəd edib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bəyanatda bildirilir: “Ölkənin hava məkanının pozulmasına cavab olaraq Şəhrəkord Zərgərlər Birliyi bu hərəkəti pisləyən bəyanat yayıb və pilotun şəxsiyyətinin müəyyənləşdirilməsi və onun tutulması üçün 100 min dollar mükafat təklif edib”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin