İran ordusu İordaniya, Küveyt və Bəhreynə PUA hücumu həyata keçirib

2026/03/1773858640.jpg
Oxunub: 426     20:10     03 Aprel 2026    
İran ordusu İranın infrastrukturuna edilən son hücumlara cavab olaraq İordaniya, Küveyt və Bəhreyndə ABŞ ilə əlaqəli hərbi və logistik hədəflərə dron zərbələri endirib.

Ordu.az xəbər verir ki, bu barədə "Mehr" Agentliyi məlumat yayıb.

Bildirilib ki, hədəflər arasında İordaniyada ABŞ qüvvələri tərəfindən istifadə edilən avadanlıq anbarı və qoşunların yerləşdirmə obyektləri olub:

"Həmçinin "Arifcan" bazasında ABŞ-nin mexanikləşdirilmiş batalyonunun yerləşdiyi ərazi və hərbi təchizat zəncirləri ilə strateji cəhətdən əlaqəli olduğu bildirilən "Aluminium Bahrain" də hücumlara məruz qalıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İordaniya   Küveyt   Bəhreyn  


Bizi "telegram"da izləyin