KİV: İranın vurduğu ABŞ-nin F-15 qırıcısının pilotlarından biri xilas edilib

2026/03/1772608173.jpg
Oxunub: 452     20:04     03 Aprel 2026    
İran səmasında vurulan ABŞ-nin F-15 qırıcısının heyət üzvündən biri xilas edilib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən "CBS News" telekanalı məlumat yayıb.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinin F-15 qırıcısı İranın cənubunda döyüş tapşırıqlarını yerinə yetirərkən vurulub. Bir neçə saat təyyarə qalıqlarının və heyətin axtarışı üzrə əməliyyat aparılıb.

Hazırda onlardan birini sağ tapmaq mümkün olub. Heyət üzvlərinin dəqiq sayı qeyd edilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin