Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu "X" sosial şəbəkəsində məlumat yayıb.
"Hərbi Hava Qüvvələri hərbi kəşfiyyatın məlumatlarına əsaslanaraq ötən sutka ərzində İranın mərkəzi və qərb hissəsinə 70-dən çox zərbə endirib, İranın onlarla obyektini vurub", - bəyanatda bildirilib.
Həmçinin qeyd olunub ki, vurulan infrastruktur obyektləri arasında İsrail üçün təhlükə yaradan ballistik raket komplekslərinin saxlandığı buraxılış qurğuları, SEPAH-ın Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatlarının saxlandığı obyektlər və hava hücumundan müdafiə obyektləri var.
Ordu.az