Ordu.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri məlumat yayıb.
ABŞ-nin İranla müharibəsi volframın məhdud ehtiyatlarının tükənməsi riskini artırır.
ABŞ qüvvələrinin İrana qarşı istifadə etdiyi böyük həcmdə sursat göstərib ki, Amerika hərbi sistemi bu mühüm metaldan. volframdan nə dərəcədə asılıdır.
Bu metal yüksək sıxlığı və bütün saf metallar arasında ən yüksək ərimə temperaturu ilə seçilir. Bu xüsusiyyətlər onu ABŞ-nin müdafiə sənayesi üçün əvəzolunmaz edir və zirehdələn sursatdan tutmuş raketlərə qədər müxtəlif sistemlərdə istifadə olunur.
ABŞ bu xammalı kommersiya məqsədilə hasil etmir ki, bu da uzunmüddətli münaqişə şəraitində volfram tələb edən silah ehtiyatlarının sürətlə azalmasına səbəb olur. Qısa müddətli perspektivdə bu ehtiyatların bərpası olduqca çətin görünür.
Sevinc Əliyeva
Ordu.az