Rusiya FTX: Moskvada hüquq-mühafizə orqanı əməkdaşına qarşı sui-qəsd cəhdi edilib

2024/04/1712653570.jpg
Oxunub: 451     20:10     03 Aprel 2026    
Moskvada yüksək vəzifəli hüquq-mühafizə orqanı əməkdaşına qarşı terror aktının qarşısı alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

TASS-ın məlumatına görə, Ukraynanın təhlükəsizlik xidməti həmin şəxs biznes mərkəzinə daxil olarkən məsafədən partlayış törətməyi planlaşdırıb.

Biznes mərkəzinin girişində park edilmiş elektrik skuteri aşkarlanıb. Onun yük hissəsində güclü kustar üsulla hazırlanmış partlayıcı qurğu yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   FTX  


Bizi "telegram"da izləyin