“Kimsə açıq şəkildə İran ətrafındakı vəziyyətlə bağlı danışıqların perspektivlərini pozmaq istəyir” - Lavrov

2026/02/1770295293.jpg
Oxunub: 454     20:06     03 Aprel 2026    
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, kimsə açıq şəkildə İran ətrafında yaranmış vəziyyət üzrə danışıqların perspektivlərini pozmağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Fars körfəzində hərbi əməliyyatların dayandırılmasına və danışıqların başlanmasına çalışmaq lazımdır.

Lavrov qeyd edib ki, hazırda BMT Təhlükəsizlik Şurasında müzakirə olunan Bəhreynin Hörmüz boğazı ilə bağlı qətnamə layihəsi çətin ki, böhranın sülh yolu ilə həlli imkanlarını yaxşılaşdırsın.

O əlavə edib ki, bu qətnamə danışıqları pozmaq və ya İrana qarşı aqressiyanı geriyə qüvvə ilə qanuniləşdirmək üçün istifadə oluna bilər.

“ABŞ İran əleyhinə hərbi əməliyyatları dayandırmalıdır, Hörmüz boğazının bağlanması barədə danışmaq əvəzinə”, - deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya  


Bizi "telegram"da izləyin