“ASELKON Savunma” 64 ölkəyə ixracat həyata keçirir - VİDEO

2026/04/1775230963.jpg
Oxunub: 484     19:42     03 Aprel 2026    
Xaricdə keçirilən sərgilərdə iştirakını davam etdirən “ASELKON Savunma” yerli məhsullarını beynəlxalq istifadəçilərə təqdim edir.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin xarici ticarət üzrə mütəxəssisi Musab Su “DefenHere”ə açıqlamasında danışıb.

Musab Su bildirib ki, “ASELKON Savunma ve Silah Anonim Şirketi” 2006-cı ildən bu sahədə fəaliyyət göstərir. Şirkətin əsas istiqamətləri ovçuluq və müdafiə sahəsidir.

“Biz tapançalarımız, avtomat tapançalarımız və taktiki tüfənglərimizlə müdafiə sahəsində fəaliyyət göstəririk. 2006-cı ildən etibarən aktiv şəkildə 64 ölkəyə ixrac həyata keçiririk”, - deyə o bildirib.

Onun sözlərinə görə, ixracın tərkibində müdafiə sahəsinə aid olan məhsullar da yer alsa da, əsas istiqamət hazırda ovçuluq sahəsidir.

Musab Su qeyd edib ki, şirkətin “sub machine gun” kimi tanınan avtomat tapançaları var. O əlavə edib ki, M4 tüfənginə bənzər, lakin şirkətin özünə məxsus tüfəngi də mövcuddur.

“Hazırda bu tüfəng həm də PUA ovçusu kimi istifadə olunur. Fiber tüfənglərimiz böyük maraq görür”, - deyə şirkət nümayəndəsi bildirib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELKON-Savunma  


Bizi "telegram"da izləyin