Ordu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Ordu komandanlığı ilə Livan və İrana hücumların müzakirə olunduğu qiymətləndirmə iclasından sonra danışan Katz bildirib ki, “Hizbullah”ın raket hücumları səbəbilə hər gün siqnalların səsləndiyi İsrailin şimalındakı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etdiklərini düşünür.
O bildirib ki, İsrail ordusu Livanda “tank əleyhinə xətt” adlandırdığı, sərhəddən 8 kilometr içəriyə qədər uzanan hücumlarını tamamlamaq üzrədir.
Katz əlavə edib ki, Livandakı sərhəd kəndləri Qəzzadakı Rəfah və Xan Yunis modeli üzrə tamamilə dağıdılacaq.
İsrailin müdafiə naziri Litani çayı ətrafında nəzarəti ələ keçirəcəkləri ilə hədələyərək bildirib ki, Litani çayının cənubundan köçürülən 600 min livanlının geri qayıtmasına İsrailin şimalında təhlükəsizlik təmin olunana qədər icazə verilməyəcək.
Katz qeyd edib ki, genişləndirilmiş hücumların başlanmasından etibarən təxminən 1000 “Hizbullah” üzvü öldürülüb və təşkilatın İsrailin şimalına yönəlmiş raket hücumları ağır qarşılıq alacaq.
Sevinc Əliyeva
Ordu.az