Ordu.az xəbər verir ki, bu barədə Bəhreyn ordusu məlumat yayıb.
Açıqlamada fevralın 28-dən etibarən İrandan qaynaqlanan raket və PUA hücumları barədə məlumat verilib.
Bildirilib ki, son 24 saatda İrandan buraxılan 16 PUA məhv edilib. Həmçinin vurğulanıb ki, Bəhreyni hədəf alan İran mənşəli “hücum dalğalarına” qarşı hava hücumundan müdafiə sistemləri tam hazırlıq vəziyyətindədir.
Müharibə başlayandan etibarən İrandan buraxılan 188 raket və 445 PUA-nın Bəhreynin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az