İran Zəncanı hədəf alan qanadlı raketin vurulduğunu açıqlayıb

2026/04/1775230778.jpg
Oxunub: 418     19:37     03 Aprel 2026    
İran İnqilab Keşikçiləri Korpusu Zəncan şəhərini hədəf alan 454 kiloqramlıq döyüş başlığı daşıyan qanadlı raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bəyanatda deyilir ki, ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsinin yeni inkişaf etmiş müdafiə sistemi tərəfindən Zəncan səmasında düşmənə məxsus, 1000 funtluq, yəni 454 kiloqram döyüş başlığı daşıyan, stels və uzaqmənzilli qanadlı raket məhv edilib.

Vurulan raketə aid olduğu iddia edilən fotolar İran mediasında paylaşılıb.

Məlumata görə, İrana qarşı hücumlarda ABŞ ordusu “Tomahawk” qanadlı raketlərindən, İsrail isə döyüş təyyarələrindən buraxılan “Bullseye” qanadlı raketlərindən istifadə edir.

Amerika mətbuatında daha əvvəl yazılmışdı ki, ABŞ ordusu fevralın 28-də Minab şəhərində ibtidai məktəbə edilən və yaşı 7-12 arasında olan 168 şagird daxil olmaqla 180-dən çox insanın öldüyü hücumu da “Tomahawk” raketləri ilə həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Zəncan  


Bizi "telegram"da izləyin