Ordu.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin “X” sosial şəbəkəsində yaydığı açıqlamada qeyd olunub ki, fevralın 28-dən etibarən BƏƏ hava hücumundan müdafiə sistemləri ümumilikdə 475 ballistik raket, 23 qanadlı raket və 2085 PUA-nı zərərsizləşdirib.
Bildirilib ki, hücumlar nəticəsində xidmətdə olan 2 hərbçi və BƏƏ ordusu ilə müqavilə əsasında çalışan Mərakeş vətəndaşı olan 1 mülki şəxs həlak olub. Həmçinin Pakistan, Nepal, Banqladeş, Fələstin və Hindistan vətəndaşı olan 9 mülki şəxsin öldüyü, müxtəlif ölkələrdən 203 nəfərin yaralandığı qeyd edilib.
BƏƏ Müdafiə Nazirliyi ölkənin təhlükəsizliyini hədəf alan təhdidlərə qarşı bütün bölmələrin tam hazırlıq vəziyyətində olduğunu və lazım olan bütün tədbirlərin qətiyyətlə davam etdirildiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az