Ordu.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bəyanatda deyilir ki, bu gün səhər tezdən İran Silahlı Qüvvələri PUA-larla təchizat və logistika anbarına, İordaniyada ABŞ “terrorçu qüvvələrinin” yerləşdiyi məntəqələrə, Küveytdəki “Ərifcan” düşərgəsində yerləşən ABŞ zirehli briqadasının mexanikləşdirilmiş batalyonunun mövqelərinə və Bəhreynin ən böyük alüminium zavoduna zərbələr endirib.
Sevinc Əliyeva
Ordu.az