Ordu.az xəbər verir ki, bu barədə dəniz nəqliyyatı monitorinq xidməti məlumat yayıb.
Bildirilib ki, Yaponiyanın “Mitsui O.S.K. Lines” şirkətinə məxsus “Sohar” mayeləşdirilmiş təbii qaz tankeri Fars körfəzini tərk edə bilib və Hörmüz boğazından 100 kilometr aralıdakı körfəzdə lövbər salıb. Hazırda gəmi Oman sahilləri yaxınlığındadır.
Məlumata görə, aprelin əvvəlinə olan vəziyyətə əsasən, Yaponiya ilə əlaqəli 45 gəmi Fars körfəzində qalıb.
Qeyd olunub ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl “Kyodo” agentliyinə müsahibəsində Tokio ilə müvafiq məsləhətləşmələrdən sonra Tehranının Yaponiya ilə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazır olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az