Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.
Məlumata görə, bu gün səhər saatlarında Mərkəzi İran səmasında ABŞ qırıcısının vurulması ilə bağlı xəbərlər yayılıb.
Sonrakı məlumatlarda isə bildirilib ki, qırıcının pilotunun sağ qalması ehtimalı var. Buna əsas kimi pilot kreslosunun nisbətən zədəsiz görüntüsü göstərilib.
Bəzi yerli mənbələr qərb və cənub vilayətlərində pilotun axtarışını aparan iki helikopterin olması barədə məlumat verib və həmin ərazilərdə patrul edən helikopterlərin şəkilləri də yayımlanıb. Hələlik bu helikopterlərin dost qüvvələrə, yoxsa hücum edən tərəfə aid olduğu aydın deyil.
Nəşr yazır ki, hərbçilər sözügedən qırıcının pilotunu tapmaq üçün axtarış əməliyyatına başlayıblar.
“Həmçinin bildirilir ki, icma qrupları və yerli qüvvələr də təşkilatlanmış və silahlı şəkildə ərazidə nəzarət həyata keçirirlər”, - deyə “Pars Today” qeyd edib.
Sevinc Əliyeva
Ordu.az