Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Biz müharibə davam etdiyi müddətdə hərbi baxımdan nəyə nail olmağın mümkün olduğu məsələsində realist olmalıyıq”, - Norveçin xarici işlər naziri Espen Bart Eide bildirib.
O, Hörmüz boğazının bağlanmasının iqtisadi təsirlərinin müzakirə olunduğu, 40-dan çox diplomatın qatıldığı virtual brifinqdə iştirak edib.
“Bu koalisiya diplomatik yolla hərəkət edəcək ki, İrana təzyiq göstərsin”, - deyə Eide CNN-ə bildirib.
Onun açıqlamaları Fransa Prezidenti Emmanuel Makronun İranla danışıqları dəstəkləyən və ticarətin bərpası üçün hərbi müdaxiləni “real olmayan” sayan fikirləri ilə üst-üstə düşür.
Sevinc Əliyeva
Ordu.az