Makron İranın suverenliyinə hörmət göstərməyə çağırıb

2026/04/1775035022.jpg
Oxunub: 346     19:19     03 Aprel 2026    
“İran çox pis rejimdir, lakin vəziyyət yalnız bombardmanlar və hərbi əməliyyatlarla düzələ bilməz”.

Ordu.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bəyan edib.

“İran çox pis rejimdir, buna söz yoxdur. Mən bir çox məsələdə onlarla razı deyiləm. Lakin düşünmürəm ki, yalnız bombardmanlar və ya hərbi əməliyyatlarla vəziyyəti düzəldə bilərik”, - deyə Makron bildirib.

O xatırladıb ki, oxşar müdaxilələrdən sonra İraq, Əfqanıstan və Liviyada baş verənlər ortadadır və hətta 20 il sonra da istənilən nəticələr əldə olunmayıb.

“Ona görə də biz xalqın suverenliyinə hörmət etməliyik”, - deyə Fransa lideri vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   İran  


Bizi "telegram"da izləyin