“Biz İranın polad istehsalı gücünün 70%-ni məhv etmişik” - Netanyahu

2026/03/1773997644.jpg
Oxunub: 550     18:05     03 Aprel 2026    
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, amerikalı tərəfdaşları ilə birlikdə İrana zərbələr endirməyə davam edirlər, komandirləri aradan götürür, körpüləri və infrastruktur obyektlərini hədəfə alırlar.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Son günlərdə hərbi hava qüvvələri İranın polad istehsalı gücünün 70%-ni məhv edib. Bu, İslam İnqilabı Keşikçiləri Korpusunu həm maliyyə resurslarından, həm də xeyli miqdarda silah istehsal etmək imkanından məhrum edən böyük nailiyyətdir.

Biz İrana zərbələr endirməyə davam edəcəyik. Livanda biz “Hizbullah”a qarşı zərbələri davam etdirir, onu darmadağın edirik. Şimalda yaşayış məntəqələrini qorumaq üçün təhlükəsizlik zonamızı genişləndirməyə və möhkəmləndirməyə davam edirik”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İran  


Bizi "telegram"da izləyin