Ordu.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
“Haaretz” qəzetinin məlumatına görə, təhlükəsizlik sektorunda fəaliyyət göstərən Veloryx şirkətinin açıqlamasında bildirilib ki, İranın cavab zərbələri nəticəsində Təl-Əviv yaxınlığındakı Petah Tikva şəhərində yerləşən və şirkətə məxsus olan “Aero Sol”un pilotsuz uçuş aparatı istehsal müəssisəsi ciddi zərər görüb.
Zərərin miqyası qeyri-müəyyəndir
Açıqlamada zərərin dəqiq miqyası barədə məlumat verilməyib.
“Aero Sol”un fəaliyyəti
“Aero Sol” İsrailə və xarici müştərilərə müdafiə məqsədli pilotsuz uçuş aparatı sistemləri istehsal edir və inkişaf etdirir. Şirkətin illik gəliri 4,7 milyon dollar ilə 6,3 milyon dollar arasında dəyişir.
Sevinc Əliyeva
Ordu.az