“Tasnim”: Vurulan F-35 qırıcısının pilotunu xilas etmək üçün ABŞ-nin keçirdiyi əməliyyat uğursuz olub

2026/04/1775025622.jpg
Oxunub: 539     16:22     03 Aprel 2026    
İranda əvvəllər vurulmuş F-35 qırıcısının pilotunu xilas etmək üçün həyata keçirilən axtarış-xilasetmə əməliyyatı tam uğursuzluqla nəticələnib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyatda Black Hawk helikopterləri və C-130 “Hercules” təyyarəsi iştirak edib. “Helikopterlərdən biri İranın hava hücumundan müdafiə sistemləri tərəfindən sərhədə yaxın ərazidə atəşə tutulub və əməliyyat zonasını tərk edib”, - deyə agentliyin həmsöhbəti bildirib.

Daha əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargahı bildirmişdi ki, ABŞ-yə məxsus F-35 qırıcısı cümə günü səhər saatlarında ölkənin mərkəzi bölgələri üzərində vurulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   ABŞ  


Bizi "telegram"da izləyin