ABŞ hərbi təyyarəsi İsrail ərazisində fövqəladə siqnal verib

2025/07/1752173382.jpg
Oxunub: 550     16:08     03 Aprel 2026    
Təl-Əvivdən havaya qalxan ABŞ-yə məxsus “Boeing KC-135R Stratotanker” hərbi-nəqliyyat təyyarəsi fövqəladə siqnal verərək uçuşun başladığı hava limanına geri eniş edib.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyinə Yaxın Şərqdə aviasiya idarəetmə strukturlarından mənbə məlumat verib.

“1964-cü il istehsalı olan “Boeing KC-135R Stratotanker” təxminən bir saat yarım əvvəl Təl-Əvivdən havaya qalxmışdı, lakin demək olar ki, dərhal təyyarədə fövqəladə vəziyyət yarandığını bildirib”, - deyə mənbə agentliyə bildirib.

Mənbə əlavə edib ki, təyyarə bir müddət Aralıq dənizi üzərində, təxminən 1,5 kilometr yüksəklikdə İsrailin hava hərəkəti dispetçerlərinin nəzarətində olan hava məkanında dövrə vurub, daha sonra eniş edib.

Mənbə təyyarədə baş verən fövqəladə vəziyyətin səbəblərini açıqlamayıb.

Bu, son bir ay ərzində ABŞ hərbi təyyarələri ilə bağlı ilk belə hadisə deyil. Martın 27-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17A Globemaster III” nəqliyyat təyyarəsi Yunanıstanın Kos adasından havaya qalxarkən Türkiyə hava məkanında fövqəladə siqnal verib və yaxınlıqdakı hərbi aerodroma eniş edib. Təxminən iki gün sonra isə Buxarestdən uçuş həyata keçirən digər ABŞ-yə məxsus “Boeing KC-135R Stratotanker” Yunanıstan hava məkanında fövqəladə siqnal verib, kəskin dönüş edərək geri qayıdıb və Rumıniyanın paytaxtına eniş edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Təyyarə  


Bizi "telegram"da izləyin