Əbu-Dabidə mərmi qalıqlarının düşməsi nəticəsində 10-dan çox insan xəsarət alıb

2026/03/1774688578.jpg
Oxunub: 538     16:19     03 Aprel 2026    
Əbu-Dabidə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan mərminin qalıqlarının düşməsi nəticəsində 10-dan çox insan xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə Əmirlik hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bəyanata görə, hadisə Əmirliyin şərq hissəsində yerləşən Əcban rayonunda baş verib. “Hadisə nəticəsində Nepalın altı və Hindistanın beş vətəndaşı yüngül və orta dərəcəli xəsarətlər alıb. Bir Nepal vətəndaşı isə ağır yaralanıb”, - deyə “X” sosial şəbəkəsində yayımlanan məlumatda bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əbu-Dabi   Raket  


Bizi "telegram"da izləyin