Ordu.az xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İrandakı əməliyyat diqqəti yayındıran amildir və böyük resurslar tələb edir. Bundan əlavə, Kubaya qarşı atılan addımlar Rusiya ilə qarşıdurma riski yaradır, nəşr qeyd edir. Politico-nun mənbəsinin sözlərinə görə, Yaxın Şərqdəki əməliyyatın uzanması ABŞ-nin ada dövlətinə qarşı hansı addımlar atacağını proqnozlaşdırmağı çətinləşdirir.
“Biz Kuba ilə danışıqlar aparırıq və onun rəhbərləri razılığa gəlmək istəyirlər”, - deyə Ağ Evin anonim rəsmisi nəşrə bildirib.
ABŞ-nin dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio daha əvvəl bildirmişdi ki, Kubadakı vəziyyətlə bağlı xəbərlər tezliklə açıqlanacaq. Diplomat qeyd edib ki, Karib hövzəsində yerləşən bu ölkə “iqtisadi və siyasi islahatlara ehtiyac duyur”.
Sevinc Əliyeva
Ordu.az