Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Biz sizin əsgərlərinizi daş dövrünə deyil, ondan da əvvəlki dövrə göndərəcəyik”, - deyə onun sözlərini İranın “Al Alam” televiziya kanalı sitat gətirib.
Cahanşahin qeyd edib ki, İran İslam Respublikasının silahlı qüvvələri “illərlə davam edən intensiv hazırlıqdan sonra” ölkəni müdafiə etməyə tam hazırdır. “İran işğalçıların məzarlığına çevriləcək. Əgər şübhə edirsinizsə, yoxlayın”, - deyə o, ABŞ-yə müraciətlə bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, İranın hərbi dəniz və hərbi hava qüvvələri məhv edilib və ölkənin raket potensialı tezliklə minimum səviyyəyə endiriləcək. O iddia edib ki, İslam Respublikasına qarşı əməliyyatın əsas məqsədləri “reallaşmağa yaxındır” və İranı “daş dövrünə qaytarmaqla” hədələyib.
Sevinc Əliyeva
Ordu.az