NBC: Heqset qaradərili amerikalı hərbçilərin və qadın hərbçilərin irəliləməsinə mane olub

2026/03/1772652779.jpg
Oxunub: 426     16:27     03 Aprel 2026    
ABŞ-nin müharibə naziri Pit Heqset onlarla qaradərili amerikalı hərbçinin, eləcə də qadın hərbçilərin vəzifədə irəliləməsinə şəxsən mane olmağa çalışıb.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, bu zabitlər irqlərinə, cinslərinə və ya ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası ilə əlaqələrinə görə Pentaqon rəhbərinin diqqətini cəlb etmiş ola bilər. Rəsmilər hesab edirlər ki, Heqset bəzi hərbçilərin irəliləməsini qəsdən əngəlləyir və bunu müxtəliflik, bərabərlik və inklüzivlik siyasətini aradan qaldırmaq istiqamətindəki səylərinin bir hissəsi kimi edir.

Bu həftə Pentaqon ABŞ ordusunun baş qərargah rəisi Rendi Corcu vəzifəsindən azad edib. O, Bayden administrasiyası dövründə Heqsetin sələfi Lloyd Ostinin köməkçisi kimi fəaliyyət göstərmişdi. İki rəsmi NBC-yə bildirib ki, Corc daha əvvəl Pentaqonun hazırkı rəhbəri ilə qadınların və qaradərililərin irəliləməsinə mane olunması məsələsini müzakirə etmək üçün görüş istəmiş, lakin bu görüş rədd edilmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   ABŞ  


Bizi "telegram"da izləyin