Ordu.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib.
“Qeyri-qanuni şəkildə Küveytin duzsuzlaşdırma stansiyalarına sionist rejimin ordusu tərəfindən həyata keçirilən hücum sionist işğalçıların alçaqlığının və ləyaqətsizliyinin göstəricisidir. İslam İnqilabı Keşikçiləri Korpusu bu qeyri-insani əməli qəti şəkildə pisləyir”, - deyə İranın dövlət yayımçısı bəyanatdan sitat gətirib.
İslam İnqilabı Keşikçiləri Korpusu Yaxın Şərqdəki bütün ölkələri ABŞ və İsrailin “regionu qeyri-sabitləşdirməyə yönəlmiş” təxribatlarına qarşı ayıq-sayıq olmağa çağırıb.
Sevinc Əliyeva
Ordu.az