SEPAH: İran tərəfindən vurulan ABŞ qırıcısının pilotu əsir götürülüb

2026/03/1774541973.jpg
Oxunub: 429     15:54     03 Aprel 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vurulan ABŞ-yə məxsus qırıcının pilotunun əsir götürüldüyünü bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə SEPAH-ın teleqram kanalındakı məlumatında qeyd edilib.

"ABŞ-nin İran Silahlı Qüvvələri tərəfindən vurulmuş qırıcısının pilotunu "Black Hawk" və "Hercules-130" helikopterləri vasitəsilə xilas etmək cəhdləri uğurla nəticələnməyib", - məlumatda qeyd olunub.

Daha əvvəl SEPAH məlumat yaymışdı ki, hava hücumundan müdafiə vasitələri 24 saat ərzində iki ABŞ qırıcısını vurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran  


Bizi "telegram"da izləyin