Zərif İrana “qələbə elan etməyi” və ABŞ ilə sülh bağlamağı təklif edir

2026/04/thumb-1775214372.jpg
Oxunub: 450     15:04     03 Aprel 2026    
İranın keçmiş xarici işlər naziri Cavad Zərif öz ölkəsini “qələbə elan etməyə və həm mövcud münaqişəni bitirəcək, həm də növbətisini qarşısını alacaq razılaşmaya nail olmağa” çağırıb.

Ordu.az xəbər verir ki, Zərif bu barədə ABŞ-nin “Foreign Affairs” jurnalında dərc olunan geniş məqaləsində yazıb.

Zərif, bir neçə il İranın ABŞ və digər ölkələrlə nüvə danışıqlarında əsas fiqurlardan biri olmuş şəxs kimi, Tehranın ABŞ və İsraillə müharibəni əlverişli şərtlərlə dayandırması üçün plan təqdim edib.

Onun təklifinin əsas elementləri bunlardır:

İran sanksiyaların tam yüngülləşdirilməsi qarşılığında nüvə proqramını məhdudlaşdırmağı və Hörmüz boğazını yenidən açmağı təklif etməlidir. Bu, Vaşinqtonun əvvəllər rədd etdiyi, lakin hazırda müzakirə edə biləcəyi bir razılaşmadır.

İran həmçinin ABŞ ilə qarşılıqlı hücum etməmək barədə sazişi qəbul etməyə hazır olmalıdır. Bu sazişə görə, hər iki ölkə gələcəkdə bir-birinə hücum etməmək öhdəliyi götürür.

Bundan əlavə, o, ABŞ ilə iqtisadi əməkdaşlıq təklif edə bilər ki, bu da həm amerikalı, həm də iranlı xalq üçün faydalı olacaq.

Bütün bu tədbirlər İran hakimiyyətinə diqqəti ölkənin xarici təhdidlərdən müdafiəsindən daha çox vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönəltməyə imkan verəcək. Başqa sözlə, Tehran İran xalqının layiq olduğu yeni və parlaq gələcəyi təmin edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zərif   İran   ABŞ  


Bizi "telegram"da izləyin