KİV: İranda nüvə silahı ilə bağlı fətvanın yenidən nəzərdən keçirilməsi ehtimalı müzakirə olunur

2026/04/1775214254.jpg
Oxunub: 441     14:59     03 Aprel 2026    
İranda beynəlxalq vəziyyətin pisləşməsi və təhlükəsizlik şəraitinin dəyişməsi fonunda nüvə silahının hazırlanmasına qoyulan dini qadağa ətrafında müzakirələr güclənir.

Ordu.az xəbər verir ki, bu barədə “İranlı jurnalistin gündəliyi” “Telegram” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, bir qrup dini alim ölkənin ali rəhbərliyinə müraciət edərək mövcud fətvanın yenidən nəzərdən keçirilməsini təklif edib.

Söhbət nüvə silahının hazırlanmasını və istifadəsini qadağan edən dini qərardan gedir ki, bu da İranda 2000-ci illərin əvvəlindən qüvvədədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nüvə-silahı  


Bizi "telegram"da izləyin