Ordu.az xəbər verir ki, bu barədə Baş nazirlik ofisi məlumat yayıb.
Bildirilib ki, Britaniyanın baş naziri Kir Starmer bu səhər Küveytin vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əs-Sabah ilə telefon danışığı aparıb.
Starmer söhbətə Küveytdəki neft emalı zavoduna yönəlmiş PUA hücumunu qınamaqla başlayıb və ölkəsinin Küveytlə yanaşı, Körfəzdəki bütün müttəfiqlərinin yanında olduğunu bir daha vurğulayıb.
Tərəflər görüşdə Küveytə yerləşdiriləcək Britaniyanın “Rapid Sentry” hava hücumundan müdafiə sistemini müzakirə ediblər. Bildirilib ki, bu sistem bölgədəki Küveyt və Britaniya personalını, həmçinin iki ölkənin maraqlarını qoruyacaq və vəziyyətin daha genişmiqyaslı qarşıdurmaya çevrilməsinin qarşısını almağa kömək edəcək.
Starmerlə Küveytin vəliəhdi görüşdə Hörmüz boğazı ilə bağlı son vəziyyəti də müzakirə ediblər.
Qeyd edək ki, Küveyt Neft Şirkəti KPC daha əvvəl Əl-Əhmədi limanındakı neft emalı zavodunun bir neçə əməliyyat bölməsində PUA hücumu nəticəsində yanğın baş verdiyini açıqlamışdı.
Küveytin Elektrik və Su Nazirliyi isə İrandan edilən hücum nəticəsində enerji və su təmizləmə obyektlərindən birində maddi ziyan yarandığını bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az