Ordu.az xəbər verir ki, şirkətin sosial media hesabında edilən paylaşımda bu təhvilin TUSAŞ-ın aviasiya struktur istehsalı sahəsində əldə etdiyi səviyyəni göstərməsi baxımından mühüm addım olduğu vurğulanıb.
Şirkətin yüksək keyfiyyət və etibarlılıq yönümlü istehsal yanaşması ilə fəaliyyətini davam etdirdiyi bildirilib.
Paylaşımda təhvil ilə bağlı bunlar qeyd olunub:
“TUSAŞ olaraq aviasiya struktur istehsalındakı bacarıqlarımızı bir addım daha irəli apardıq. “Boeing” 737 MAX ailəsinin ən yeni və ən qabaqcıl variantlarından biri olan 737 MAX 10 Section 48 ilk məhsul təhvilini uğurla həyata keçirdik. Qlobal aviasiya ekosistemində üzərimizə götürdüyümüz məsuliyyətləri hər gün daha da irəli apararkən, yüksək keyfiyyət, etibarlılıq və davamlılıq prinsiplərimizlə dəyər yaratmağa davam edirik”.
Sevinc Əliyeva
Ordu.az