“Sarsılmaz” Avropada güclənməyə davam edir - VİDEO
Oxunub: 483
14:33
03 Aprel 2026
Yalnız ölkə daxilində deyil, eyni zamanda xaricdə keçirilən sərgilərdə də iştirak edərək tanıtım, marketinq və əməkdaşlıq fəaliyyətlərini davam etdirən “Sarsılmaz Silah Sənayesi” atdığı addımlarla Avropa bazarındakı mövqeyini gücləndirməyə davam edir.
Ordu.az xəbər verir ki, bu çərçivədə Almaniyanın Nürnberq şəhərində keçirilən “IWA Outdoor Classics 2026” sərgisində iştirak edən “Sarsılmaz” yeni əlaqələr də qurub.
Sərgidə “DefenseHere” mikrofonlarına danışan “Sarsılmaz”ın Xarici Bazarlar üzrə Marketinq mütəxəssisi Murat Yetim beynəlxalq fəaliyyətləri ilə bağlı açıqlamalar verib.
Yetim bunları deyib: “Sarsılmaz” olaraq IWA sərgisində biz uzun illərdir iştirak edirik. Çünki IWA Avropa bazarında bizim üçün çox mühüm yer tutur. Burada quracağımız əlaqələr, yaradacağımız kontaktlar Sarsılmazın bu bazarda mövcudluğunu qoruması və davam etdirməsi üçün çox vacibdir.
IWA 2026 bizim üçün kifayət qədər uğurlu və səmərəli keçdi. Bu, əsasən mülki bazara yönəlmiş bir bazardır. Lakin Sarsılmaz olaraq biz mülki bazarda da tüfənglərimiz, ov tüfənglərimiz və yarı avtomatik tüfənglərimizlə təmsil olunuruq və hər keçən gün Avropa bazarında güclənməyə davam edirik. Buna görə də IWA-ya böyük önəm veririk və burada indiyədək qurduğumuz əlaqələr, əvvəlki müştərilərimizin marağı, “Sarsılmaz”a olan tələbat bizi çox məmnun etdi. IWA-nın Avropa bazarındakı əhəmiyyətini bilirik və qarşıdakı illərdə də bu prosesi davam etdirmək istəyirik”.