Beynəlxalq sərgilərdə iştirakını davam etdirən “Dağlıoğlu” ixrac şəbəkəsini genişləndirir

2026/04/1775212508.jpg
Oxunub: 397     14:30     03 Aprel 2026    
İstehsaldakı müxtəlifliyi və keyfiyyəti üstünlüyə çevirən, silahlarını beynəlxalq sərgilərdə nümayiş etdirərək ixrac şəbəkəsini genişləndirən “Dağlıoğlu Silah” xaricdə də maraq görməyə davam edir.

Ordu.az xəbər verir ki, “Dağlıoğlu”nda zavodun baş direktoru vəzifəsində çalışan Cem Cihat İşleyen “Defensehere”a xüsusi açıqlamalar verib.

İşleyen bunları deyib: “Silahlarımıza olan maraq gözlədiyimizdən daha çoxdur. Çünki AK-47 seriyasında ölkədə çox sayda istehsalçı yoxdur. Biz bu az saylı istehsalçılardan biriyik. Bu sahədə daha yaxşı, daha perspektivli və daha keyfiyyətli istehsal həyata keçirməyi düşündüyümüz üçün bu sərgilərdə iştirak edirik və etməyə davam edəcəyik. Biz bunun həm özümüz, həm də ölkəmiz üçün çox faydalı olduğunu düşünürük. Bunun nəticələrini birlikdə görəcəyik. Çünki bu milli bir məsələdir. Bizim istehsalımız yerlidir və bunu dünyaya tanıtmaq çox yaxşıdır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dağlıoğlu   Türkiyə  


Bizi "telegram"da izləyin