İran körpüsünə ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində ölənlərin sayı 8-ə çatıb

2026/04/1775132277.jpg
Oxunub: 418     13:37     03 Aprel 2026    
Tehran və Kərəc arasında yerləşən B1 körpüsünə ABŞ və İsrail tərəfindən endirilən zərbə nəticəsində ölənlərin sayı 8-ə çatıb, daha 95 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Kərəcdə yerləşən B1 körpüsünə ABŞ-İsrail tərəfindən endirilən amansız zərbə nəticəsində səkkiz mülki şəxs həlak olub… onların arasında Təbiət Gününü qeyd edən insanlar da var, daha 95 nəfər yaralanıb”, - deyə məlumatda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin