İran İsrailin şimalına kaset başlıqlı raketlər atıb - VİDEO

2024/08/1724303858.jpg
Oxunub: 413     12:38     03 Aprel 2026    
İran İsrailin şimalına kaset tipli döyüş başlıqları daşıyan ballistik raketlərlə hücum edib.

Ordu.az İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Hücum nəticəsində Hayfa şəhərinə düşən raketlər yolda bir neçə maşının yanmasına səbəb olub. Yaralılar barədə məlumat daxil olmayıb.

Hayfa yaxınlığında yerləşən Kiryat Ata qəsəbəsində isə ballistik raketlərdən biri yaşayış evinə tuş gəlib. Kasetli başlığın partlaması nəticəsində 79 yaşlı kişi yüngül xəsarət alıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin