Əbu-Dabidə yerləşən Həbşan qaz kompleksi yanğın səbəbindən fəaliyyətini dayandırıb

2026/03/Ekran-1773661258.jpg
Oxunub: 637     13:15     03 Aprel 2026    
Əbu-Dabidə yerləşən Həbşan təbii qaz emalı kompleksi hava hədəflərinin qalıqlarının düşməsi nəticəsində baş verən yanğın səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Əmirlik hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Əbu-Dabi hakimiyyəti hava hücumundan müdafiə sistemlərinin uğurlu fəaliyyəti nəticəsində hava hədəflərinin qalıqlarının Həbşan qaz kompleksinə düşməsi ilə bağlı insidentin nəticələrini aradan qaldırır”, - deyə bəyanatda bildirilib. Obyektdə yanğın baş verib və onun fəaliyyəti dayandırılıb. Xəsarət alanlar barədə məlumat yoxdur.

Daha əvvəl BƏƏ-nin Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin İrandan buraxılmış raketləri və pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyini açıqlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əbu-Dabid   Qaz-emalı-kompleksi  


Bizi "telegram"da izləyin