Yaxın Şərqdə ABŞ, İsrail və İranın iştirakı ilə silahlı münaqişənin davam etməsi fonunda Səudiyyə Ərəbistanı son bir neçə saat ərzində altı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Ordu.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hava məkanını pozan dronlar müəyyən edilərək, hava hücumlarından müdafiə sistemləri tərəfindən məhv edilib.
Nazirlik dronların hansı ölkəyə məxsus olduğunu açıqlamasa da, əsas şübhələr İrana yönəlib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Səudiyyə-Ərəbistanı
PUA