Ordu.az xəbər verir ki, bu barədə “The New York Time”s qəzeti məlumat yayıb.
Qəzet yazır ki, istefa Hegset ilə ordu rəhbərliyi arasında, o cümlədən şəxsi heyətlə bağlı məsələlər üzrə yaranmış münaqişə fonunda baş verib. Bu qərar yüksək rütbəli zabitlərin qəzəbinə səbəb olub və onlar bunu ABŞ Quru Qoşunlarına növbəti zərbə kimi qiymətləndirirlər.
Gözlənilir ki, Corcu general Kristofer Laniv əvəz edəcək. O, Corcun müavini olub və əvvəllər Hegsetin köməkçisi kimi də fəaliyyət göstərib.
2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra Heqset bir neçə generalın işdən azad edilməsini əmr edib, o cümlədən ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sabiq sədri Çarlz Braunu. Ötən ilin aprelində Pentaqonun keçmiş mətbuat katibi Con Elliot Politico qəzetində dərc olunan məqaləsində bildirmişdi ki, bu cür istefalar səbəbindən qurum “tam xaos” vəziyyətindədir.
Sevinc Əliyeva
Ordu.az