İranda ABŞ-nin “daş dövrü” təhdidlərindən sonra Əhəmənilər imperiyasını xatırladıblar

2026/04/photo-1775200539.jpg
Oxunub: 505     11:08     03 Aprel 2026    
İranın dövlət xəbər agentliyi IRNA Pentaqon rəhbəri Pit Heqsetin Tehranı “daş dövrü”nə qaytarmaqla hədələdiyi paylaşımına İranın Əhəmənilər imperiyasının sərhədləri daxilində bərpası təklifi ilə cavab verib.

Ordu.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

“Bu xəritədə daş dövründəki İran təsvir olunub. Siz onun bərpasını istəyirsiniz?”, - deyə IRNA “X” sosial şəbəkəsində yazıb.

Paylaşımda qədim Fars imperiyasının tarixi sərhədlərini göstərən xəritə də yer alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin