Küveytdə bildirilib ki, əmirlikdə radiasiya səviyyəsi norma həddindədir

2026/03/1774076489.jpg
Oxunub: 379     11:05     03 Aprel 2026    
Küveyt ərazisində, suda və havada radiasiya səviyyəsi norma həddində qalır. Ehtimal olunan radiasiya çirklənməsi ilə bağlı məlumatlar yalandır.

Ordu.az xəbər verir ki, bu barədə Əmirliklərin Milli Qvardiyasının nümayəndəsi Cadan Fadel bildirib.

“Küveytdə radiasiya səviyyəsinin guya artması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar yalandır. Ölkənin atmosferində, torpağında və regional sularında radiasiya fonu norma həddində qalır”, - onun sözlərini KUNA agentliyi sitat gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   Radiasiya  


Bizi "telegram"da izləyin