İsrail 15 "Hizbullah" döyüşçüsünü zərərsizləşdirib - VİDEO

2026/04/Ekran-1775199488.jpg
Oxunub: 418     10:47     03 Aprel 2026    
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda aparılan quru əməliyyatları paralel olaraq həyata keçirilən hava reydləri nəticəsində 15 "Hizbullah" döyüşçüsünün öldürüldüyünü bildirib.

Ordu.az bu barədə İsrail KİV-ə istinadən xəbər verir.

Livanın cənubunda İsrail ordusunun 146-cı diviziyasının qoşunları əməliyyatın getdiyi ərazidə 15 döyüşçünün mövqeyini müəyyənləşdirib. Bir müddət sonra İsrail Hava Qüvvələri dəqiq zərbə ilə canlı hədəfləri məhv edib.

IDF rəsmi "X" səhifəsində əməliyyatdan görüntülər yayıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin