İsveç “Saab”dan 2,6 milyard kron dəyərində pilotsuz uçuş aparatlarına qarşı sistem alacaq

2026/04/1775199015.jpg
Oxunub: 430     10:54     03 Aprel 2026    
“Saab” İsveç Müdafiə Materialları İdarəsindən mobil və modullu pilotsuz uçuş aparatlarına qarşı sistemin tədarükü üçün təxminən 2,6 milyard İsveç kronu dəyərində sifariş alıb.

Ordu.az xəbər verir ki, təhvillərin 2027-2028-ci illər arasında həyata keçirilməsi planlaşdırılır.

Hava hücumundan müdafiə qabiliyyəti gücləndiriləcək

Bildirilir ki, sözügedən sistem İsveç Silahlı Qüvvələrini və kritik mülki infrastrukturu pilotsuz uçuş aparatı təhdidlərindən qorumağı hədəfləyir.

“Saab” qeyd edib ki, yeni imkan mövcud hava hücumundan müdafiə strukturunu tamamlayaraq xüsusilə artan pilotsuz uçuş aparatı təhdidlərinə qarşı təbəqəli müdafiə təmin edəcək.

Modullu və inteqrasiya edilmiş quruluş

Hazırlanan sistemin aşağı hündürlükdə uçan kiçik və orta ölçülü pilotsuz uçuş aparatlarını aşkarlamaq, izləmək və zərərsizləşdirmək üçün layihələndirildiyi açıqlanıb.

Sistem sensorlar, əks-tədbir vasitələri və üçüncü tərəf texnologiyalarının vahid inteqrasiya edilmiş quruluş altında birləşdirilməsi ilə formalaşdırılır. Bununla da mövcud müdafiə sistemləri ilə qarşılıqlı işləmə imkanının təmin olunması hədəflənir.

Təbəqəli və uyğunlaşdırıla bilən həll

Karl-Yohan Bergholm müqavilə ilə bağlı bunları bildirib: “Bu sifarişlə İsveç qabaqcıl, mobil və modullu pilotsuz uçuş aparatlarına qarşı sistem tədarük edəcək. Bu texnologiya pilotsuz hava təhdidlərini aşkarlayır, izləyir və zərərsizləşdirərək hava məkanının təhlükəsizliyini artırır, həmçinin digər sistemlərlə asanlıqla inteqrasiya oluna bilir”.

Əməliyyata hazır sistem

“Saab” bildirib ki, sistem mövcud və özünü təsdiqləmiş komponentlər əsasında qurulub və əməliyyat istifadəsinə hazırdır.

Həmçinin qeyd olunub ki, bu həll mövcud müdafiə vasitələri ilə inteqrasiya edilərək ümumi hava hücumundan müdafiə qabiliyyətini artıracaq şəkildə hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Saab  


Bizi "telegram"da izləyin