Ordu.az “Heute” nəşrinə istinadən xəbər verir ki, Vyana rəsmiləri bu addımı İranda müharibənin genişlənməsi fonunda konstitusiya pozuntusu kimi izah ediblər.
Avstriyanın Müdafiə Nazirliyinin sözçüsü Mixael Bauerin sözlərinə görə, ölkə Pentaqon üçün heç bir istisna etməyəcək və ABŞ hərbi təyyarələrinin Avstriya üzərindən uçuşlarına qadağa qoyulması barədə qərar qətidir. Rəsmi bildirib ki, hərbi əməliyyatlar başlayandan etibarən Müdafiə Nazirliyi ABŞ-nin bütün uçuş sorğularını rədd edib.
Müdafiə Nazirliyi bloklanan uçuşların dəqiq sayını açıqlamır. Bununla belə, hər bir müraciət ətraflı şəkildə araşdırılır. Bauer vurğulayıb ki, ölkənin mövqeyi prinsipial olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az